ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib


Dünya 28 Fev 2019 14:34:00 230 0

ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib

"ABŞ və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) daha əvvəl Sinqapurda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində böyük addımlar atıb".

Son.az report-a istinadən bildirir ki, bunu Hanoyda jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Maykl Popmeo deyib.

O, ABŞ və KXDR liderlərinin əldə etdikləri irəliləyişi müsbət qiymətləndirib, amma daha çoxuna nail olmağın qeyri-mümkünlüyünə görə təəssüfləndiyini bildirib.