DİM dövlət orqanlarında vəzifələrin tutulması üçün müsahibə elan etdi


Digərləri 28 Fev 2019 12:57:00 214 0

DİM dövlət orqanlarında vəzifələrin tutulması üçün müsahibə elan etdi

Dövlət İmtahan Mərkəzi 10 dövlət orqanında inzibati vəzifələrin 4-7- ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 18-i isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində şöbə müdiri və şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun isə Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 3 vəzifə, Dövlət Statistika Komitəsində 7 vəzifə, Dövlət Turizm Agentliyində 2 vəzifə, Əqli Mülkiyyət Agentliyində 4 vəzifə, Mədəniyyət Nazirliyində 5 vəzifə, Təhsil Nazirliyində 2 vəzifə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vəzifə, Gəncə Hərbi Məhkəməsində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Masallı Rayon Məhkəməsində 2 vəzifə olmaqla 29 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.