Qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi


Dünya 28 Fev 2019 10:04:00 215 0

Qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi

İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğası nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Kirman vilayəti Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

Belə ki, ötən gecədən rayonda başlayan qum qasırğası 19 kəndlə əlaqəni kəsib. 150-dən çox kənd güclü qum qasırğası ilə üzləşib.