İran alma və portağal ixracını qadağan etdi


Dünya 28 Fev 2019 09:17:00 326 0

İran alma və portağal ixracını qadağan etdi

İranda Novruz bayramının sonunadək alma və portağal ixracı qadağan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib ki, qərar bazarda qiymətləri tənzimləmək məqsədi daşıyır.

Nazir qeyd edib ki, hazırda ölkədə kifayət qədər alma və portağal ehtiyatı var.