İlk sərnişin kosmosa çıxarılıb


Digərləri 28 Fev 2019 07:11:00 176 0

İlk sərnişin kosmosa çıxarılıb

"Virgin Galactic" raket təyyarəsi sınaqçı sərnişinlə ilk dəfə yerətrafı orbitə çıxıb.

Son.az ICTnews-a istinadən bildirir ki, iki füzelyaja malik "White Knight Two" raketdaşıyıcısı ötən həftənin cümə günü Kaliforniyadan start götürərək təxminən 13 km hündürlükdə "SpaceShipTwo" sərnişin gəmisini havaya buraxıb. Bundan sonra kosmik gəmi Yer üzərindən 89,9 km hündürlükdə katapult edib. İlk sınaqçı sərnişin qismində astronavt təlimatçısı Bet Mozes çıxış edib. Hazırda kosmik biznesdə "Blue Origin" və "SpaceX" kimi şirkətlərlə rəqabət aparan "Virgin Galactic" korporasiyasının təsisçisi Riçard Brenson bildirib ki, 2019-cu ilin ortalarında ilk "SpaceShipTwo" kommersiya reysinin ilk sərnişini olmağı planlaşdırır.