ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib


Digərləri 28 Fev 2019 05:14:00 178 0

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı Faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.

Bakı. ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı Faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib. Trend-in məlumatıan görə, bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik Azərbaycanlıların ən böyük qətliamı olduğu qeyd olunub. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin qırğınından öncə 7000 sakini olduğunu vurğulayan Konqres üzvü 106-sı qadın, 83-ü uşaq olmaqla 600-dan çox silahsız insanın qətlə yetirildiyini, 2000-dən az sakinin sağ qaldığını, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib. S.Koen 20 ildən artıqdır atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20%-dən çox hissəsinin işğal altında qaldığı və 1 milyondan çox qaçqının olduğunu vurğulayıb.