Qubada oğurluq və dələduzluq edən şəxs saxlanılıb


Digərləri 28 Fev 2019 04:15:00 179 0

Qubada oğurluq və dələduzluq edən şəxs saxlanılıb

Quba rayonunda oğurluq və dələduzluq edən şəxs saxlanılıb.

Bakı. Quba rayonunda oğurluq və dələduzluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata əsasən, Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Sabirov Ramiz Əli oğlu saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.