Kişilər üçün zərərli qidalar


Digərləri 27 Fev 2019 22:32:00 295 0

Kişilər üçün zərərli qidalar

Kişilər zəngin qidalanmağı sevir. Onlar daha çox ət məhsulları və spirtli içkilərə meyil edir. Amma dietoloqlar bu 7 qidanın kişi orqanizmi üçün, xüsusən hormonal balansı və cinsi aktivliyi üçün zərərli olduğunu bildirir.

Son.az medicina.az-a istinadən kişilərin uzaq durmalı olduğu qidaların siyahısını təqdim edir.

1.Fermer dəniz məhsulları

İndi çox kafe, restoranlarda pivə və içki yanında verilən balıq, kilkə,xərçəng, krevet, krab, molyusk və s kimi xırda dəniz məhsulları əsl dəniz, okean deyil, fermer təsərrüfatlarında yetişdirilir. Onlar isə pestisidlərlə çirklənmiş olur. Bunları yedikdə kişilərin qarnı və döş hissəsi böyüyür. Krevetlər isə qeksilrezorsin ilə işlənir ki, bu da estrogenləri artırır.

Ona görə süni göl, hovuzlarda hər necə oldu yetişdirilən belə məhsullardan uzaq durmaq lazımdır.

2.Konserv məhsulları

Ət, balıq konservləri, hazır şorbaların tərkibində bisfenol A vardır. Əvvəllər bu maddə qadınlarda hormonal müalicədə istifadə olunurdu. Bu qidaları yeyən kişilərdə nələrin baş verdiyini indi təsəvvür edin

3.  Çiyələk

Parniklərdə yetişdirilən iri çiyələklər pestisidlərlə zəhərlənib. Pestisid isə estrogen hormonu kimi təsir edir. Eləcə də ərik, gilas, şaftalı. İl boyu bu meyvələri bol yeyib, vitamin aldığını düşünən kişilər əslində cinsi aktivliklərini azaltmış olurlar.

4.  Hazır doğranmış pendir və kolbasa