Mətbəxdə köməyinizə çatacaq


Digərləri 27 Fev 2019 21:41:00 317 0

Mətbəxdə köməyinizə çatacaq

Bəzi yeməkləri bişirmək, qidaları qorumaq üçün müxtəlif üsullardan istifadə edilir.

Son.az ölkə.az-a istinadən bu üsullardan bəzilərini təqdim edir.

Duz yox, limon

Makaronu qaynadanda duz əvəzinə limon sıxın. Bu zaman makaronlar bir-birinə yapışmaz və soda qəbulu olduqca azalar.

Ətə qəhvə əlavə edin

Qırmızı bibər, qara istiot, duz, cirə, kəkotu vəs. ilə basdırma etdiyiniz ətə bir az üyüdülmüş qəhvə və 1 çay qaşığı şəkər qatın. Bu zaman ət daha dadlı olacaq.

Omletə krem pendir əlavə edin

Omlet hazırlayanda yumurtaya bir xörək qaşığı krem pendir əlavə edin və qarışdırın. Omlet daha ləzzətli olacaq.

Makaron sousuna turşu

Makaron üçün sous hazırlayanda 2 stəkanlıq sousa stəkanın dörddə biri qədər turşu əlavə edin. Sonra isə qazın üzərinə qoyun. Asta xodda qarışdırın, qaynamağa imkan verməyin.