"Fast food" psixi xəstəliklərə səbəb olur Alimlərdən açıqlama


Digərləri 27 Fev 2019 21:20:00 325 0

"Fast food" psixi xəstəliklərə səbəb olur  Alimlərdən açıqlama

ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini "International Journal of Food Sciences and Nutrition" jurnalında dərc ediblər. ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini "International Journal of Food Sciences and Nutrition" jurnalında dərc ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlər bu dəfə qeyri-sağlam qida qəbulu ilə psixi xəstəliklər arasındakı əlaqəni araşdırıblar.

Mütəxəssislər müəyyən ediblər ki, qeyri-sağlam qida qəbul edənlər sağlam qida qəbul edənlərə nisbətən daha çox psixi pozğunluq yaşayıblar. Təcrübə zamanı alimlər 2005-2015-ci illər arasında keçirilmiş telefon sorğularını analiz ediblər. Sorğu 240 min nəfər arasında keçirilib.