Böyük Britaniyada qış fəslində tarixdə ilk dəfə temperatur 20 dərəcəni aşıb


Digərləri 27 Fev 2019 21:02:00 329 0

Böyük Britaniyada qış fəslində tarixdə ilk dəfə temperatur 20 dərəcəni aşıb

Böyük Britaniyada, Uelsin qərb hissəsində qış fəslində mütləq temperatur rekordu qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Krallıq ərazisində ilin ən soyuq fəslində havanın temperaturu meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq 20 dərəcədən yüksək olub.

Birləşmiş Krallığın meteoroloji xidmətinin məlumatında deyilir: "Kerediqion qraflığının Troskoyeda şəhərində temperatur 20,3 dərəcəyə çatıb. Həmin gün meteoroloji müşahidələr tarixində fevral ayının ən isti günü olub. Ümumiyyətlə, bu bölgədə qış vaxtı temperaturun 20 dərəcədən çox olması ilk dəfə qeydə alınıb".