Ukraynada daha bir qrup “Eurovision”dan imtina etdi


Digərləri 27 Fev 2019 20:41:00 312 0

Ukraynada daha bir qrup “Eurovision”dan imtina etdi

Daha bir qrup - "Brunnetes Shoot Blondes" Ukraynanı "Eurovision -2019"da təmsil etmək niyyətində deyil.

Son.az bildirir ki, "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, milli seçim turlarında 4-cü yeri tutan qrup onlara müsabiqədə iştirakla bağlı təklif gələrsə, razılaşmayacaqlarını bəyan ediblər:

"Əvvəlcədən bildirmək istəyirik ki, "Eurovision-2019"da iştirak etməyimizlə bağlı təklif gələrsə, rədd edəcəyik. Çünki biz milli seçimləri qazanmamışıq və bu səfər bizim deyil".