Nigar Eldarın ağ saçlarını ələ saldı


Şou-biznes 27 Fev 2019 20:15:00 313 0

Nigar Eldarın ağ saçlarını ələ saldı

"Eurovision 2011" qalibi Nigar Camal həmkarı Eldar Qasımovun yeni imicini ələ salıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla"ya açıqlamasında Eldarın ağ saçlarını bəyənmədiyini deyib: "Ağ edib. Eldarın köhnə imicinə daha çox alışqın idim, bəyənirdim. Ona belə xoşdursa, etsin". Nigar Eldarın ondan bu sözlərinə görə inciməyəcəyinə də əmin olduğunu söyləyib: "İnanın ki, mənim atmacam Eldarın vecinə deyil. Onu yaxşı tanıyıram". Qeyd edək ki, bir neçə gün əvvəl Eldar saçlarını yenidən tünd rəngə boyatdırıb.