“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)


Digərləri 27 Fev 2019 16:31:00 225 0

“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)

Faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət edilib.

Bakı. Fevralın 26-da “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal və şirkətlər qrupunun kollektivi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. “Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, abidənin önünə əklil qoyub, tər çiçəklər düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.