Cavid Qurbanov: Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin artırılması üçün böyük potensial var


Digərləri 27 Fev 2019 16:16:00 192 0

Cavid Qurbanov: Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin artırılması üçün böyük potensial var

Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib. QSC-dən Trend-ə verilən məlumata görə, giriş sözü ilə çıxış edən sədr C.Qurbanov, Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.