"Bank Respublika" gənclər üçün bankda işləmək fürsəti yaradır


Digərləri 27 Fev 2019 15:23:00 207 0

"Bank Respublika" gənclər üçün bankda işləmək fürsəti yaradır

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən "Bank Respublika", IV kurs və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı”na start verib.

Bakı. Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən "Bank Respublika", IV kurs və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı”na start verib. Təcrübə proqramında iştirak etmək üçün müxtəlif universitetlərdə təhsil alan 1200-dən çox iştirakçı tərəfindən müraciət qəbul olunub. Aparılan testlər nəticəsində ən savadlı 32 gənc “Qış Təcrübə Proqramı”nda iştirak etmək imkanı qazanıb. 3 ay davam edəcək təcrübə müddətində iştirakçılar Bankın Baş ofisində və filiallarında bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.