Mübariz İbrahimovu təhqir edən Nərminin yeni məhkəməsi olacaq


Digərləri 27 Fev 2019 12:59:00 212 0

Mübariz İbrahimovu təhqir edən Nərminin yeni məhkəməsi olacaq

Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə Nərmin Şahmarzadə yenidən hakim qarşısına çıxarılacaq.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə idmançı Araz Musayevin apellyasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, 2018-ci il dekabr ayının 25-də Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi keçirilib. İdmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib. Vəkil məhkəmədən Şahmarzadənin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim iddianı təmin etməyib və işə xitam verib. Buna səbəb isə Nərmin Şahmarzadənin faktiki ünvanının Xətai rayonu olmaması göstərilb.