Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub (FOTO)


Digərləri 27 Fev 2019 12:34:00 164 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

Bakı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub. Leyla Əliyevaya müəssisə barədə məlumat verildi. Bildirildi ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda üç hissədən ibarətdir: klinika, mərkəzi qan bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun elm hissəsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri nüfuzlu yerli və xarici jurnallarda nəşr edilir. 2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır. Leyla Əliyeva institutun mərkəzi qan bankında da oldu. Bank donor qanının tədarükü, işlənilməsi, yoxlanılması və paylanması ilə məşğul olur. Mərkəzi qan bankının respublikada 8 bölməsi fəaliyyət göstərir. Burada nikaha daxil olan şəxslər talassemiyalara görə müayinədən keçirilir.