Antibiotikdən ölən uşaqla bağlı prokurorluqdan


Digərləri 27 Fev 2019 12:14:00 215 0

Antibiotikdən ölən uşaqla bağlı prokurorluqdan

Şabran rayonunda 7 yaşlı uşağın ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Son.az xəbər verir ki, Rayon Prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, 2011-ci il təvəllüdlü Gülnur Dadaşovanın Şabran Rayon Mərkəzi Xəstəxanasının həkimi tərəfindən antibiotik vurulduqdan sonra fevralın 26-da ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri görülüb, məhkəmə tibb ekspertizası təyin edilib. İlkin şahid ifadələri alınıb, istintaq davam etdirilir.