Avropa İttifaqı "yaşıl" sərmayələrin həcmini artırır


Dünya 27 Fev 2019 08:59:00 216 0

Avropa İttifaqı "yaşıl" sərmayələrin həcmini artırır

Paris İqlim Hədəflərinə nail olmaq üçün Avropa İttifaqı gələcəkdə dayanıqlı sərmayələrin həcmini artırmağa çalışacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə razılaşma Avropa Parlamenti və üzv dövlətlərin təmsilçiləri arasında əldə edilib. Razılaşma hüquqi qüvvəyə minməzdən öncə üzv dövlətlər tərəfindən formal qaydada təsdiqlənməlidir.

Avropa İttifaqı 2030-cu ilədək havaya buraxılan zərərli qazların həcmini 1990-cı illə müqayisədə 40 faiz azaltmaq niyyətindədir. Bununla da hədəf 2015-ci il Paris Sazişinin öhdəliklərini icra etməkdir. Bu məqsədlə Aİ illik təxminən 180 milyard avro vəsaiti iqlimə müsbət təsir edəcək "yaşıl" layihələrə yatırmaq fikrindədir.