"Oskar"ın televiziya reytinqi son dörd ildə ilk dəfə yüksəlib


Digərləri 27 Fev 2019 08:21:00 204 0

"Oskar"ın televiziya reytinqi son dörd ildə ilk dəfə yüksəlib

2018-ci ildəki yayımın ən pis göstəricilərindən sonra "Oskar" mükafatının təqdimetmə mərasiminin televiziya reytinqi son dörd ildə ilk dəfə yüksəlib.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, ABŞ Kino Akademiyasının mükafatlarının fevralın 24-də keçirilən təqdimetmə mərasiminin auditoriyası 2018-ci illə müqayisədə 12 faiz artıb.

"The Hollywood Reporter" nəşrinin məlumatına əsasən, aparıcının olmaması səbəbindən sonuncu "Oskar" əvvəlkinə nisbətən 41 dəqiqə qısa sürüb və 3 saat 13 dəqiqə davam edib. ABC teleradio kompaniyası mükafatın təqdimetmə mərasimini 29,6 milyon insanın izlədiyini bildirib. Ötən il bu göstərici 26,5 milyon nəfər idi.