Ümumrespublika yayımlı uşaq telekanalı açıla bilər?


Digərləri 27 Fev 2019 07:40:00 222 0

Ümumrespublika yayımlı uşaq telekanalı açıla bilər?

Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər.

Son.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli qeyd edib ki, rəhbərlik etdiyi qurum uşaq televiziya kanalının yaradılmasında maraqlıdır: "Lakin bunun üçün də əsas olmalıdır. Ola bilsin ki, gələcəkdə bu məsələyə baxılsın".

O əlavə edib ki, Şura milli cizgi filmlərinin çəkilməsi məsələsinə xüsusi yanaşır: "Hətta əvvəllər cizgi filmlərinin çəkilməsi ilə bağlı məsələ də qaldırmışdıq. Azərbaycan uşaqları xarici cizgi filmləri əsasında böyüməməlidirlər".