Yaponiya hökuməti "yatmış" pullardan xeyriyyə məqsədilə istifadə edəcək


Dünya 27 Fev 2019 07:07:00 194 0

Yaponiya hökuməti "yatmış" pullardan xeyriyyə məqsədilə istifadə edəcək

Yaponiya hökuməti "yatmış" pullardan xeyriyyə işləri üçün istifadə edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerli KİV-lərin yaydığı məlumata görə, Yaponiya banklarında külli miqdarda vəsait istifadəsiz qalıb. Qanunvericilikdə aparılan müvafiq düzəlişlərdən sonra Yaponiya hökuməti bu vəsaitin bir hissəsindən xeyriyyə işləri üçün istifadə etməyi planlaşdırır. Belə ki, hökumət 2019-cu maliyyə ilində bank hesablarında "yatan" 4 milyard yen (təqribən 36 milyon dollar) məbləğində vəsaiti dövriyyəyə cəlb etmək istəyir. Bu, hər il 1 milyard dollar artan ümumi məbləğin yalnız bir hissəsini təşkil edir. Yaponiya banklarındakı hesablarda 10 il və daha artıq müddətdə istifadə edilməyən külli miqdarda "yatmış" vəsait qalır.