Almaniya hökuməti vətəndaşlardan ərzaq məhsullarını israf etməməyi tələb edəcək


Digərləri 27 Fev 2019 02:30:00 193 0

Almaniya hökuməti vətəndaşlardan ərzaq məhsullarını israf etməməyi tələb edəcək

Almaniya Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin təklif etdiyi proqram AFR hökumətinin iclasında bəyənilib. Proqramın məqsədi almanlarda ərzaq məhsullarından qənaətlə istifadə etmək vərdişləri formalaşdırmaqdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hökumət istehlaka hələ yararlı olan məhsulların tullanması həcmini qarşıdan gələn onillikdə iki dəfə azaltmaq niyyətindədir. Hazırda Almaniyada hər il təqribən 11 milyon ton yeməyə tam yararlı ərzaq məhsulları atılır ki, bu da adambaşına təqribən 55 kiloqram ərzaq deməkdir.