Behiştdə evlənməklə dünyada evlənməyin fərqi


Digərləri 26 Fev 2019 23:45:00 213 0

Behiştdə evlənməklə dünyada evlənməyin fərqi

(Ayətullah Dəstğeybin hekayələrindən)

"Behiştdə də saraylar və vəzifələr vardır, ancaq dünyada olduğu kimi deyildir. Orada ləzzət daha çoxdur. Allah möminlər üçün nələri hazır etmişdir. Səbəbsiz deyildir ki, dualarda bu cür deyilir: "Allahım! Hurini mənimlə evləndir".

Behiştdə huruleynlə evlənmək dünyadakı kimi deyildir. İnsan bu evliklik zamanı Allahı daha çox yada salar və zikr edər.

Nəql edilir ki, qoca bir qarı Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ya Rəsulallah (s)! Dua edin ki, behişt əhli olaq".

Həzrət (s) də zarafatla ona buyurur: "Qoca qarılar behiştə getmirlər".

Qoca qarı çox narahat olur və yalvarmağa başlayır. Həzrət (s) onu sakitləşdirib buyurur: "Qoca (orada) cavan olacaq və behiştə daxil olacaqdır. O zaman ki, behiştə daxil olacaq, qadın 16 və kişi 33 yaşında olacaqdır. Əbədi olaraq da bu halda qalacaqdır".

Ümmi Sələmə nəql edir ki, Peyğəmbərə (s) sual verirlər ki, o qadın ki, iki dəfə ərə getmişdir, behiştdə necə olacaqdır? Həzrət (s) buyurur: "İxtiyar qadının əlindədir. Bu kişilərin biri ilə evlənə bilər".

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs dünyadakı evlilik ilə behiştdəki evliliyin fərqi nədədir?