Azərbaycana məxsus təyyarə Rusiyada


Dünya 26 Fev 2019 22:29:00 191 0

Azərbaycana məxsus təyyarə Rusiyada

Bakıdan Moskvaya uçan Azərbaycana məxsus təyyarə qəzaya uğrayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Moskvanın Şermetev Hava limanına uçuş yerinə yetirən 4K-AZ88 nömrəli Gulfstream G200 Galaxy təyyarəsi eniş əsnasında eniş zolağından kənara çıxıb.

Təyyarədə iki pilot və 3 sərnişin-Rusiya vətəndaşı Aria Axmadova, Belarus vətəndaşı Valentina Davıdovskaya və Azərbaycan vətəndaşı Asif Ələkbərov olublar.

Nəticədə təyyarənin şassiləri qırılıb, gövdəsi zədələnib.


Xəbərə aid fotolar