Lənkəranda canavarlar kəndə hücum edib FOTO


Digərləri 26 Fev 2019 22:18:00 249 0

Lənkəranda canavarlar kəndə hücum edib  FOTO

Lənkəranda kəndə girən canavarlar mal-qaraya hücum edib, təsərrüfat sahibinə 5000 manat ziyan vurub.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Ürgə kəndində baş verib. Səhər saatlarında dənizkənarı otlaq ərazidə canavar iribuynuzlu heyvanlara hücum edib.

Kənd sakini və mal-qaranın sahibi Savalan Rəhimov hadisə yerindən 200-250 metr məsafədə heyvanların birləşərək canavara müqavimət göstərdiyinin şahidi olub. Canavar heyvanlarını qoruyan təsərrüfat sahibini görən kimi qaçıb.

Hücum nəticəsində 1 baş heyvan yaralanıb. Zərərçəkmişin sözlərinə görə, son 10 gündə canavarlar onun 4 inəyini parçalanıb. Ümumilikdə, Savalan Rəhimova 5000 manat maddi ziyan dəyib.


Xəbərə aid fotolar