Milyonerlər və digər insanlar arasındakı


Digərləri 26 Fev 2019 21:54:00 255 0

Milyonerlər və digər insanlar arasındakı

Amerikalı marketinq mütəxəssisi Sarah Santley Fallaw özünün "Qonşuluqdakı milyonerlər: Sərvət qazanmaq üçün uzunmüddətli strategiyalar" kitabında ABŞ-dakı 600 milyarderin həyat tərzini araşdıraraq onların digər insanlardan fərqini öyrənib.

"Business İnsider"saytı həmin kitaba istinadən milyonerlər və orta statistik amerikalı arasındakı 5 fərq haqqında yazıb.

Sara Santli Fallau kitabında qeyd edib ki, yaşlarından və gəlirlərindən asılı olmayaraq milyonerlərin hər birinin əsas hədəfi böyük sərvət sahibi olmaqdır.

"Vaxtımızı, enerjimizi və pullarımızı sərf etməmizlə bağlı doğru qərarlarımız maliyyə cəhətdən müstəqil olmağımıza təsir göstərir" - varlılarla baölı araşdırmaları Sarada bu qənaəti formalaşdırıb.

Yazıçı müəyyən edib ki, milyonerlərin və adi insanların sosial şəbəkələrə, oxumağa, idmana, yuxuya və çalışmağa ayırdıqları zaman arasında böyük fərq var.

Kitab oxumaq

ABŞ-da milyonerlərlə qeyri-milyonerlər arasındakı ən böyük fərq oxuma vərdişlərindədir.

Milyonerlər hər gün 5,5 saat kitab oxuduğu halda, orta statistik amerikalı buna cəmi 2 saat vaxt ayırır.

Məsələn, komediya ustası və ssenarist Melissa McCarthy günə "The Los Angeles Times", "The New York Times" qəzetlərini və "National Geographic" saytını oxumaqla başlayır.

Kitab oxumağı çox sevən Milyarder Bill Gates təkcə pullarıyla yox, böyük kitabxanasıyla da məşhurdur. İnvestor Warren Buffett də kitabsevər biri olaraq tanınır - o, gününün 80%-ni mütailəyə sərf edir.

"Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zuckerberg 2015-ci ildə demişdi ki, hər həftə fəqli tarix və mədəniyyətlər, inanclar və texnologiyalar haqqında bir kitab oxuyacaq.

İdman

Maraqlıdır ki, milyonerlər hətta idmana da vaxt tapa bilirlər və həftədə ən azı 6 saat idmanla məşğul olurlar, halbuki adi amerikalılar buna cəmi 2,5 saatlarını sərf edirlər.

"Apple" şirkətinin icraçı direktoru Tim Cook idmana zaman ayıra bilmək üçün hər səhər 04:30-da, "Vogue" jurnalının baş redaktoru Anna Wintour isə 05:45 də yuxudan oyanır.

Milyarder Richard Branson da səhər yeməyindən əvvəl idman edənlərdəndir. Tenis, çərpələnguçurma, üzgüçülük və velosiped sürmək onun sevimli idman növləridir.

Ən varlı qaradərili, məşhur jurnalist Oprah Winfrey hər gün 1 saat olmaqla, həftənin 6 günü idmanla məşğul olur.

Aktyor Mark Wahlberg isə gündə hətta iki dəfə idman edir.

Sosial media

Statistikaya görə, adi amerikalılar sosial şəbəkələrə həftədə 14 saat vaxt sərf edirlər, ABŞ milyonerləri isə cəmi 2,5 saat.