Oskar 2019un qalib filmləri nədən bəhs edir? –


Digərləri 26 Fev 2019 21:05:00 261 0

Oskar 2019un qalib filmləri nədən bəhs edir? –

Amerika Kino Alkademiyasının "Oskar" mükafatının 2019-cu il üçün laureatları bəlli olub. 

Son.az lent.az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi fevralın 25-də baş tutub.

Mərasimin aparıcısız baş tutmasına səbəb aparıcı olması nəzərdə tutulan Kevin Xartın ətrafında yaranan qalmaqal olub. Aktyor LGTB təşkilatlarının ünvanına zarafatlar etmişdi. Aparıcı olması elan olunandan iki sutka sonra aktyor aparıcılıqdan imtina etmişdi.

İlk təqdim olunan "Ən yaxşı rejissor" nominasiyasında "Roma" filminə görə filmin həm prodüseri, həm də ssenari müəllifi olan Alfonso Kuarron qalib olub. Ağ-qara çəkilmiş Meksika filmi 1970-ci illərin ortalarında Mexikoda yaşayan orta sinfə aid sadə ailədən bəhs edir. Atanın evdə az-az olduğu ailədə ana 4 uşağını iki hindu mənşəli qulluqçunun köməyi ilə  tərbiyə edir. Qəhrəmanların həyatını tələbələrin kütləvi qırğınıyla bitən 1971-ci il 10 iyun nümayişi dəyişir.

Film həmçinin "Xarici dildə ən yaxşı film" nominasiyasının da qalibidir.

"Bohem rapsodiyası" filmindəki Fred Merkuri roluna görə hindistanlı aktyor Rami Malek "Ən yaxşı aktyor" nominasiyasında mükafatlandırıb. Mənşəcə misirli 37 yaşlı aktyor Kaliforniyada doğulub. "Qızıl qlobus" "Emmi" BAFTA" kimi mükafatların laureatıdır.

Yorqos Lantimosun "Favorit qadın" filmində kraliça Anna rolu "Ən yaxşı aktrisa" nominasiyasında OliviyaKolmana "Oskar" mükafatını qazandırdı. Oskar mükafatı 45 yaşlı britaniyalı aktrisanın "Qızıl qlobus" və "BAFTA"dan sonra üçüncü ən böyük mükafatıdır. "Film Stüartlar sülaləsinin son monarxı Annanın hakimiyyət dövründəki siyasi intriqalardan bəhs edir.

"Ən yaxşı orijinal ssenari" olaraq mükafatlandırılan "Yaşıl kitab" bioqrafik məzmunlu Amerika komediyasıdır. Piter Farellinin rejissorluğu ilə çəkilən filmin ssenari müəllifləri Nik Vallelonqa, Brayan Xares Karri, Piter Farellidir. Film məşhur caz ifaçısı don Şirlinin sürücü Toni Vallelonqla dostluğundan bəhs edir. ABŞ-ın cənubuna doğru səyahət edən dostlar qaradərililər üçün təhlükəsiz yerləri göstərən "Yaşıl kitab"a əsasən marşrut seçirlər. Bu səyahət qəhrəmanların dünyaya baxışını dəyişir.