Bayıl sürüşmə zonasının sakinləri ilə kompensasiya söhbəti olmayıb


Digərləri 26 Fev 2019 20:49:00 304 0

Bayıl sürüşmə zonasının sakinləri ilə kompensasiya söhbəti olmayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bayıl sürüşmə zonasının sakinləri ilə görüşü zamanı kompensasiya barədə söhbət olmayıb.

Son.az bildirir ki, bu barədə komitədən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qurumdan bildirilib ki, bu gün bəzi internet-media portalları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri  qəbul etdiyi, onların şəxsi mülkləri hesab olunan evlərin söküntüsü baş tutacağı təqdirdə, kompensasiya ödəniləcəyini dediyi barədə məlumat yayıb:

"Bununla əlaqədar olaraq bildiririk ki, Dövlət Komitəsinin sədri həmin ərazidə evləri olan məcburi köçkünlərlə görüşüb, onların müraciətini dinləyib.