Dövlət qulluğunun müddətində dəyişiklik edilsin


Digərləri 26 Fev 2019 19:19:00 208 0

Dövlət qulluğunun müddətində dəyişiklik edilsin

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi nəzərdə tutulan müddətin azaldılmasını təklif edir.

Son.az report-a istinadən xəbər verir ki, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, dövlət qulluqçularının sosial təminat hüququnun səmərəli təmin edilməsi üçün dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi müəyyən edilən qulluq stajının 15 ildən 10 ilə endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyə ehtiyac var.