Bərdədə yaşlı kişi kafedə öldü


Digərləri 26 Fev 2019 17:41:00 191 0

Bərdədə yaşlı kişi kafedə öldü

Bərdə rayonunda yaşlı kişi kafedə ölüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 

Belə ki, rayon sakini, 1955-ci il təvəllüdlü İsmayıl Quliyevin kafedə qəfildən halı pisləşib və o, yerə yıxılaraq ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: