Putinlə Ərdoğan arasında telefon danışığı olub


Dünya 26 Fev 2019 16:11:00 211 0

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Son.az report-a istinadən xəbər verir ki, Rusiya lideri Türkiyə Prezidentini doğum günü münasibəti ilə təbrik edib.

V.Putin Türkiyə-Rusiya əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə R.T.Ərdoğana təşəkkür edib. O, bu ilin aprelində keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıqların başladığını deyib.