Əməkdar artist Xocalı yürüşündə gülərək şəkillər çəkdirdi


Digərləri 26 Fev 2019 15:50:00 434 0

Əməkdar artist Xocalı yürüşündə gülərək şəkillər çəkdirdi

Əməkdar artist Nahidə Orucovanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə iştirakı qalmaqala səbəb olub.

Son.az xəbər verir ki, aktrisa yürüş zamanı sənət yoldaşları ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabından paylaşıb. Aktrisanın "Bugün. Xocalı hadisələrindən 27 il keçir. Şəhidləri yad edib, yürüş keçirildi. Azərbaycanımızın görkəmli sənətkarları ilə görüşüb, xatirə şəkili çəkdirdik" şərhi ilə paylaşdığı şəkildə gülümsəməsi sosial şəbəkə istifadəçilərini bərk qəzəbləndirib.

Nahidə Orucovanı Xocalı soyqırımı günü bu anlaşılmaz davranışına görə qınayanlardan bəzilərinin şərhini təqdim edirik:


Xəbərə aid fotolar