Komitə sədri: "Bu səbəblərin dəqiq göstərilməməsi suiistifadə hallarına yol açır"


Digərləri 26 Fev 2019 13:11:00 371 0

Komitə sədri: "Bu səbəblərin dəqiq göstərilməməsi suiistifadə hallarına yol açır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanunvericilikdə nikah yaşının aşağı salınma səbəblərinin aydın şəkildə Ailə Məcəlləsində göstərilməsini təklif edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təşəbbüslə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qanunvericilikdə nikah yaşının 1 yaş aşağı salınması məsələsi tamamilə yerli icra hakimiyyətinin mülahizəsinə buraxılıb. Səbəblərin dəqiq göstərilməməsi isə təcrübədə sui-istifadə hallarına yol açır.

Buna görə də H.Hüseynova hesab edir ki, nikah yaşının aşağı salınma səbəbləri məcəllədə göstərilməlidir.

Digər təklifini də açıqlayan komitə sədri qeyd edib ki, ailə qurmaq tərəflərin (kişi və qadının) hüquq qabiliyyətini heç bir halda məhdudlaşdırmır.