Komitə sədri: Nikah yaşının aşağı salınma səbəblərinin dəqiq göstərilməməsi sui-istifadə hallarına yol açır


Digərləri 26 Fev 2019 12:44:00 320 0

Komitə sədri: Nikah yaşının aşağı salınma səbəblərinin dəqiq göstərilməməsi sui-istifadə hallarına yol açır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanunvericilikdə nikah yaşının aşağı salınma səbəblərinin aydın şəkildə Ailə Məcəlləsində göstərilməsini təklif edir.

Bakı. İlhamə İsabalayeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanunvericilikdə nikah yaşının aşağı salınma səbəblərinin aydın şəkildə Ailə Məcəlləsində göstərilməsini təklif edir. Trend-in məlumatına görə, bu təşəbbüslə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qanunvericilikdə nikah yaşının 1 yaş aşağı salınması məsələsi tamamilə yerli icra hakimiyyətinin mülahizəsinə buraxılıb. Səbəblərin dəqiq göstərilməməsi isə təcrübədə sui-istifadə hallarına yol açır. Buna görə də H.Hüseynova hesab edir ki, nikah yaşının aşağı salınma səbəbləri məcəllədə göstərilməlidir.