Şirvanda mənzildə kişi meyiti tapıldı


Digərləri 26 Fev 2019 11:26:00 217 0

Şirvanda mənzildə kişi meyiti tapıldı

Şirvanda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan, 1962-ci il təvəllüdlü Məmmədov Ramiz Azər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.