Ayrılıq proqramı ABŞda populyarlıq qazanıb


Digərləri 26 Fev 2019 08:51:00 285 0

Ayrılıq proqramı ABŞda populyarlıq qazanıb

ABŞ-da insanların bir-birindən ayrılması üçün xüsusi bir proqram yaradılıb - Onward. Onun köməyi ilə münasibətinizin sona çatdıqdan sonra, emosional vəziyyətinizi nəzərə alaraq hərəkətlərin logistikasını düşünə bilərsiniz. Bu haqda Fast Company xəbər verir.

Son.az technote.az-a istinadən bildirir ki, ayrılıq üçün nəzərdə tutulmuş bu proqram, Lindsek Mek və Mika Leonard tərəfindən yaradılmışdır. Onlar uşaq yaşlarından tanışdırlar və daim bir-biri ilə bütün problemləri bölüşüblər. Onlar başa düşdülər ki, heç də hər bir insanın yardım edəcək dostu yoxdur.

Ayrılıq proqramın tərtibatçıları, istifadəçilərə bir sıra xidmətlər təklif edirlər. Onlardan ən ucuzu 99 dollar qiymətindədir. Ödəniş etdikdən sonra, 10 gün ərzində proqramda təklik olunan yardımdan yararlana bilərsiniz.

Burada daha bahalı xidmətlər təklifləri də mövcuddur. Bunlara görüşün təşkil olunması, fərdi məsləhətlərin verilməsi, həftədə bir dəfə hal-əhvalın öyrənilməsi xidmətləri aiddir.