Makron yaxın vaxtlarda İraqa səfər edəcək


Digərləri 26 Fev 2019 08:48:00 233 0

Makron yaxın vaxtlarda İraqa səfər edəcək

Fransa prezidenti Emmanuel Makron yaxın aylarda İraqa səfər etmək niyyətindədir.

"Çoxdankı dostluq (Fransa və İraq arasında) terrorizmə qarşı baryer kimi xidmət edirdi; indi biz möhkəm sülhü birgə qurmaq üçün onukonkret layihələrlə dəstəkləməliyik". Son.az "Report"a istinadən bildirir ki, Fransa prezidenti iraqlı həmkarı Bərham Salihi ilə birgə mətbuat konfransında bildirib.

"Bir neçə ay sonra İraqa gələndə bu mənim müraciətim olacaq, ", - deyə Makron əlavə edib.

Qeyd edək ki, Fransa Prezidenti Emanuel Makron yaxın üç-altı ay ərzində hökumət kabinetinin "köklü yenilənməsi"nə hazırlaşır.