Saxta kərə yağını necə fərqləndirək? Əritdikdə köpüklənirsə...


Digərləri 25 Fev 2019 23:42:00 213 0

Saxta kərə yağını necə fərqləndirək?  Əritdikdə köpüklənirsə...

Kərə yağı Azərbaycan mətbəxində ən çox istifadə edilən ərzaqlardan biridir. Ölkəmizdə hələ lap qədimlərdən kərə yağı hazırlanır və istifadə edilir. Müasir dietoloqlar təbii kərə yağının insan orqanizmi üçün çox faydalı olduğunu bildirirlər. Biz sözlə bu faydalardan yararlanmaq üçün istifadə edilən kərə yağının təbii və keyfiyyətli olması vacibdir.

Bəs təbii kərə yağını saxtadan necə fərqləndirə bilərik? 

Son.az medicina.az-a istinadən bu işin sirlərini təqdim edir: 

Qatılığı necə olmalıdır? 

Kərə yağının təbii olub-olmadığını anlamağın ən yaxşı üsulu onun qatılığını bilməkdir. Otaq temperaturunda əriyən və sürtülə bilən kərə yağının təbii olduğu hesab edilir. Bundan əlavə tavada od üzərində əridilən kərə yağı köpüklənərsə, bu da onun təbii olmasından xəbər verir.