KXDR liderinin oxşarı Vyetnamdan deportasiya edilib


Digərləri 25 Fev 2019 23:09:00 262 0

KXDR liderinin oxşarı Vyetnamdan deportasiya edilib

Vyetnamın hakimiyyət orqanları KXDR lideri Kim Çen Inın oxşarı, Çin əsilli avstraliyalı aktyor Qovard Eksi ölkədən deportasiya edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Channel News Asia telekanalının yaydığı məlumata görə, avstraliyalı aktyor ötən həftə ABŞ prezidentinin oxşarı, aktyor Rassel Uaytın müşayiəti ilə Vyetnama gəlib. Onlar Hanoy Opera Teatrının önündə ictimaiyyət qarşısına çıxaraq hər iki ölkə liderinin "saxta sammitini" keçiriblər.

Fevralın 22-də Eks Vyetnam polisi tərəfindən dindirilib. Miqrasiya Xidmətinin əməkdaşları isə aktyorun vizasının qeyri-qanuni olduğunu əsas gətirərək onun yaşadığı Honkonqa göndəriləcəyini bildiriblər.

Rassel Uayt isə Vyetnamda qala biləcək, lakin ona Tramp obrazında insanların arasına çıxmaq qadağan edilib.