Yol qəzası baş verib, xəsarət alanlar var


Digərləri 25 Fev 2019 21:35:00 254 0

Yol qəzası baş verib, xəsarət alanlar var

Göyçay rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203 km-də - rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.