Politoloq: Prezident İlham Əliyevin çıxışı insanların sabaha inamını daha da artırdı


Digərləri 25 Fev 2019 18:11:43 185 0

Politoloq: Prezident İlham Əliyevin çıxışı insanların sabaha inamını daha da artırdı

Son dövrdə vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində bir sıra islahatlar aparılıb, işlər görülüb və görülməyə davam edəcək.

Bakı. İlhamə İsabalayeva - Son dövrdə vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində bir sıra islahatlar aparılıb, işlər görülüb və görülməyə davam edəcək. Prezident İlham Əliyev şəxsən buna təminat verdi və bu, insanların sabaha inamını daha da artırdı. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirdə çox maraqlı, aktual, bütün Azərbaycan xalqı üçün vacib, taleyüklü məsələlərə dair mövqeyini bildirdi: "İnanıram ki, orada səsləndirilən fikirlər, nəzərdə tutulan işlər əhalinin ürəyindən oldu. Çünki bunlar xalqın hər bir təbəqəsini, hər bir ailəni, Azərbaycan vətəndaşını düşündürən məsələlərdir. Prezident haqlı olaraq qeyd etdi ki, ölkədə iqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Bütün bunlar isə görülmüş işlər nəticəsində mümkün olub və sosial və iqtisadi islahatlara alternativ yoxdur. Dövlət başçısı vurğuladı ki, 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar".