Almaniyalı professor Azərbaycan Universitetində mühazirə oxuyacaq (FOTO)


Digərləri 25 Fev 2019 17:52:00 217 0

Almaniyalı professor Azərbaycan Universitetində mühazirə oxuyacaq (FOTO)

Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyacaq.

Bakı. Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyacaq. Universitetdən Trend-ə verilən məlumata görə, “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinə gələn almaniyalı professor iki həftə ərzində tədris prosesində iştirak edəcək. Professor Martina Brückün mühazirələri Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında tədris olunan "Korporativ maliyyə", "Maliyyə menecmenti" və "Statistika" fənlərini, MBA qruplarında isə "Maliyyə analizi və kredit strukturlarına giriş" fənlərini əhatə edəcək.