Yerevanda Hökumət binası önündə aksiya


Digərləri 25 Fev 2019 17:14:00 218 0

Yerevanda Hökumət binası önündə aksiya

Bir qrup vətəndaş Yerevanda Ermənistanın Hökumət binası önünə toplaşaraq etiraz aksiyası keçirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, etirazçılar ötən ilin sonunda dövlət qulluqçularına verilən böyük məbləğdə əlavə pul mükafatlarının Ermənistanın dövlət büdcəsinə geri qaytarılmasını tələb ediblər.

Aksiyaçılar həmçinin, bir həftə ərzində 4 min imza topladıqlarını və bu təşəbbüsə qoşulanların sayının durmadan artdığını bildiriblər. Onların sözlərinə görə, dövlət işçilərinə maaşlarından əlavə pul verilməsi korrupsiya əməlidir və bütün vəsaitlər büdcəyə qaytarılmalıdır.