ADA-da "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar" adlı hesabatın təqdimatı olub


Digərləri 25 Fev 2019 16:48:19 257 0

ADA-da "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar" adlı hesabatın təqdimatı olub

Bu gün ADA Universitetinin kitabxanasında "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar" adlı hesabatın təqdimat mərasimi keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün ADA Universitetinin kitabxanasında "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar" adlı hesabatın təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri ADA Universitetinin rektoru Hafiz Paşayev açıq elan edərək tədbirin əhəmiyyətini qeyd edib. Daha sonra Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və “AzərKosmos” ASC-nin sədri Rəşad Nəbiyev tərəfindən təqdimat edilib.