Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olub FOTO


Digərləri 25 Fev 2019 12:37:00 253 0

Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olub  FOTO

Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur.

Rusiya bazarının ən məşhur turizm agentlikləri şəbəkələrindən birinin nümayəndələri ölkənin turizm imkanları ilə tanış olmaq və onların Rusiya bazarında gələcək təşviqi məqsədilə Azərbaycanda səfərdədir.

Səfər Rusiyanın məşhur tur operatoru "Summer Tour Russia" tərəfindən Azərbaycan Dövlət Turizm Agentliyi, Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL), həmçinin ölkəmizin aparıcı tur operatorları "Silk Way Travel" və "Pasha Travel"ın dəstəyi ilə təşkil olunub.

Proqramın birinci mərhələsi çərçivəsində "Сеть Магазинов Горящих Путевок" aparıcı turizm şirkətinin baş direktoru Serqey Aqafonovun başçılıq etdiyi, şirkətin 40-dan çox əməkdaşından ibarət nümayəndə heyəti Bakıdadır.   Qonaqlar Azərbaycanın turistik və logistik imkanlarının təqdim olunduğu konfransda iştirak etmiş, həmçinin ölkənin tarixi və memarlıq yerləri ilə tanış olaraq Azərbaycanın turizm potensialını yerində görmək və qiymətləndirmək imkanı əldə ediblər.


Xəbərə aid fotolar