BDU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir (FOTO)


Digərləri 25 Fev 2019 12:13:44 207 0

BDU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir (FOTO)

Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bakı. Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Universitetdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan və universitetdə görməkdən məmnunluğunu bildirən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi humanitar istiqamətdə də münasibətlərin inkişafından, elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edib. İki ölkə arasında diplomatik əlaqələrin yaranmasından sonra münasibətlərimizin yeni mərhələsinin başlandığını bildirən F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfərinin və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin genişlənməsində böyük rolundan danışıb. Bakı Dövlət Universiteti haqqında məlumat verən F.Qurbanov onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri, o cümlədən Çinin tanınmış ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrini vurğulayıb. 2004-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisasını bitirən məzunların əksəriyyətinin Çinin müxtəlif universitetlərində təcrübə keçdiyini, təhsillərini magistratura və doktorantura pillələrində davam etdirdiklərini diqqətə çatdırıb. F.Qurbanov BDU-nun nəzdində yaradılan Konfutsi İnstitutunun uğurlu fəaliyyət göstərdiyini, institut əməkdaşlarının Şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris etməklə yüksəkxtisaslı kadrların hazırlanmasındakı fəal rolunu qeyd edərək, səfirliyinin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq “Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini yüksək dəyərləndirib.