"Qlobal istiləşmə" termininin müəllifi öldü, problem isə...


Digərləri 24 Fev 2019 23:55:00 322 0

"Qlobal istiləşmə" termininin müəllifi öldü, problem isə...

Mütəxəssislər deyir ki, dünyanın böyük dövlətləri ciddi tədbirlər görməsələr, kəskin fəsadlarla üzləşə bilərik 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son dövrlər bütün dünyanı narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Xüsusilə də bəzi ölkələrdə müşahidə edilən qlobal istiləşmə diqqət mərkəzində saxlanılan məsələlərdəndir. İlk olaraq qlobal istiləşmə ilə bağlı bəzi nüansları qeyd edək. Qlobal istiləşmə XX və XXI əsrlərdə qurunun və dünya okeanının atmosferinin orta illik dərəcəsinin tədricən yüksəlməsidir. İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupunun (İDDEQ) 2007-ci ildəki məruzəsinə görə, iqlim sisteminin istiləşməsi inkar olunmaz faktdır. Bunu hava və okeanların artan temperaturları üzərində müşahidələrdən, qar və buzlaqların əriməsinin artmasından, okeanların orta səviyyəsinin qalxmasından görmək olar. Temperatur dəyişməsinin yüzillik trendi (1906-2005-ci illər) 0,76-ya bərabərdir. 1856-2005-ci illər dövründəki istiləşmə trendi 1906-2005-ci yüzillikdəkindən iki dəfə çoxdur.