Sağlam, faydalı, sərhədsiz şəkildə yeyilə biləcək qidalar açıqlandı SİYAHI


Digərləri 24 Fev 2019 23:30:00 240 0

Sağlam, faydalı, sərhədsiz şəkildə yeyilə biləcək qidalar açıqlandı  SİYAHI

Dünyanın gəlmiş-keçmiş ən sağlam, faydalı, bol-bol istifadə edə biləcəyiniz qidalarının siyahısı hazırlanıb.

Son.az həmin siyahını diqqətinizə çatdırır.

1.Moruq

Sağlam hüceyrələri qoruyur, ürəyi sağlamlaşdırır, piylənmənin qarşısını alır.

2. Banan

Ürəyi qoruyan kaliumun qüsursuz qaynağıdır.

3. Portağal

Sağlam immun sistemi üçün ən gözəl dərman və C vitamin deposudur. Xolestrolu və yüksək təzyiqi azaldır.

4. Kivi

Portağaldan da daha çox C vitamin var. Bənzərsiz E vitamini qaynağıdır və antioksidant tərkiblidir. Kalium, maqnezium baxımından da zəngindir.

5. Nar

C vitamini və kalium baxımından bütün meyvələri "döyər". Digər meyvələri nisbətən daha az kalorilidir. Hər gün nar qəbul etmək xərçəng riskini azaldır.

6. Pomidor

Bəsləyici enerji qaynağıdır. Xərçəngə qarşı ən yaxşı silahlardandır. Yüksək antioksidant xüsusiyyəti sayəsində DNT hüceyrələrini belə qoruyur. Kanserogen maddələrə qarşı toxumaları gücləndirir.

7. Qoz

Qoz hər 28 qramda 4 qram protein var. Ürək sağlamlığına faydalıdır. Xərçənglə mübarizədə köməkçidir. Beyni qoruyur.

8. Qatıq

Qatıq kalsium, kalium, protein baxımından bənzərsizdir. Proteinlər bağırsaqdakı faydalı bakteriyaları gücləndirir. A, D, E və K vitamininə sahibdir.

9. Tam buğda çörəyi

Lifləri bağırsaq xərçəngi riskini 40% azaldır. Həzm sistemini qoruyur.

10. Badam

Xolestrol səviyyəsini sağlam səviyyədə saxlayır. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır. İmmun sistemini qüvvətləndirir. E vitamin baxımından zəngindir. Qocalmağı gecikdirir.

11. Sarımsaq

İmmun sistemini gücləndirir, ürəyi qoruyur. Virusların 1 nömrəli dərmanıdır.

12. Qara qarağat

Gözləri qoruyur, yüksək qan şəkərini azaldır. Hafizəni və qavrama qabiliyyətini artırır.

13. Şüyüd toxumu

Ürəyin sağlamlığını dəstəkləyir. İnfeksiyalara qarşı təsirlidir. İltihabatan xüsusiyyəti var. Antioksidant maddələrdən ikiqat güclüdür.

14. Zeytun yağı

Piylənmənin qarşısını alır, ürəyin fəaliyyətini yaxşılaşdırır. Antioksidant tərkiblidir. Mütəxəssislər zeytun yağının xərçənglə mübarizədə, zehnin yaxşılaşmasında, sümüyün inkişafında, həzmin normallaşmasında faydalarını sübut ediblər.

15. Yaşıl mərci

Bir qab mərcidə 18 qr protein, 16 qr lif, 1 qr-dan az yağ var. Bu səbəbdən hər növ pəhrizdə istifadə oluna bilər. İspanaqdan 30% daha çox fol turşusuna malikdir. B vitamin deposudur. Qan şəkərini balanslaşdırır.

16. Yabanı ispanaq yarpaqları

A, C, E və hətta K vitamini deposudur. Maqnezium, kalium, bol miqdarda B və seleniuma malikdir. Bu bitkinin çiy yeyilməsi daha məsləhətlidir.

17. Qırmızı çay

Antioksidandır, xroniki ve inkişaf mərhələsində olan xəstəliklərdən qoruyurş Kalsium, dəmir mineralları baxımından zəngindir.

18. Göbələk

Xərçənglə malicədə ən gözəl qidalardan biri olan göbələk bədənin zərərli maddələrdən təmizlənməsində yardımçı olur. Heyvan mənşəli qidalar yeməyənlər üçün əvəzsiz vitamin qaynağıdır.

19. Darçın

Beyin və bağırsaq sağlığına faydalıdır. Qabığının altında olan yağ anti-mikrobial, iltihab azaldan özəlliklər daşıyır.

20. Balqabaq

Faydalarına görə ən ucuz sağlamlıq qaynaqlarından biridir. Hüceyrələrin inkişafında və göz sağlığında təsirlidir.

21. Kiona toxumu

Amin turşusu baxımından zəngindir. Bir qab kətan toxumunda 9 əsas amin turşusu var. Ürəyin dostu olan doymamış yağ turşularını təmin edir. E vitamin, fol turşusu və fosfor baxımından zəngindir.

22. Badımcan

Ürək-damar xəstəliklərinə qarşı bənzərsiz silahdır.

23. Xaş-xaş toxumu

Həzm sistemini yaxşılaşdıran proteinlərə sahibdir. 9 əsas amin turşusu var. Yağ turşuları, E vitamin və bəzi minerallarlar zəngindir.

24. Kətan toxumu

Yulaf, darı, qara buğda və düyüdən 100 qat daha çox enerji dəyərinə malikdir. Lif, B vitamini, kalium və kalsium, dəmir kimi minerallar baxımından zəngindir.

25. Şirin kartof

Normal kartofdan daha çox şəkər daşıyır. Bir böyük ölçülü şirin kartof gündəlik A vitamin ehtiacından daha çoxunu təmin edir. Görmə qabiliyyətini yaxşılaşdırır. B vitamin, kalium baxımından da zəngindir. Mütabolizmi və immun sitemini dəstəkləyir.